Polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi

Bakıda polis əməkdaşlarının bıçaqlanmasında şübhəli bilinən Aydın Babayevin paytaxtın Səbail rayonu ərazisində gizləndiyi məlum olub.
Daxili İşlər Nazirliyindən bildirilib ki, dərhal əraziyə polis əməkdaşları cəlb edilib.
Həmin şəxs saxlanılan zaman silahlı müqavimət göstərib. Polis əməkdaşları tərəfindən görülən cavab tədbirləri nəticəsində silahlı müqavimət göstərən şəxs zərəsizləşdirilib.
Hadisə yerindən A. Babayevə məxsus tapança aşkar edilərək götürülüb.
Aydın Babayev tanışı Məlahət Şükürovanı qol və qarın nahiyələrindən bıçaq xəsarətləri yetirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























