• $
  • €
  • ₽
  • ₺
  • £

"İldə bir qızı sevirdim" - Millət vəkilləri ilk sevgisini belə xatırlayır

"İldə bir qızı sevirdim" - Millət vəkilləri ilk sevgisini belə xatırlayır
14.02.2022 14:27
 14 fevral dünya tarixində cütlüklərin "Valentin" yəni "sevgililər günü" kimi qeyd edilir. Bu tarixlə bağlı millət vəkilləri  arasında  "ilk sevdiyiniz xanımı necə xatırlayırsız?" sualı ilə sorğu keçirtdik. Əlaqə saxladığımız şəxslərdən  bəziləri suala cavab verməkdən imtina etdi,bəziləri özünü ağsaqqal hesab etdiyi üçün cavab verməyi özünə ayıb bildi, bəziləri isə hələ də sevdiklərini etiraf etdi. 
 
Anews.az həmin sorğunu təqdim edirik:
 
Deputat Aydın Hüseynov: Mənim üçün ilk sevgi ana və vətəndən başlayır. Qadına qarşı olan sevgiyə gəldikdə isə mənim ilk sevdiyim qadın evimizdədir. Düşünürəm ki, əksər kişilərdə bu belədir.
 
Deputat Elman Nəsirov: Başımız o qədər siyasi məsələlərə qarışıb ki, o illərə qayıtmaq mənə dumanlı gəlir. İxtisasca diplomatam və belə durumlarda ixtisasım mənim köməyimə gəlir. Özəl bir xatırlamam yoxdur. Biz azərbaycanlıyıq və demək olar hamımız bir-birimizə oxşayırıq. Cümlələr çoxdur, amma mən bunu Ramiz Rövşənin bir şeiri ilə xatırlayacam. Mən elə bilirdim ölərəm sənsiz, mən sənsiz ölmədim məni bağışla....
 

Deputat Razi Nurullayev: Mən kənddə böyümüşəm. Belə insanların sevgisi xəyalında olur. Demək olar ildə bir qızı sevirdim, amma alınmırdı. İldə bir qız sevdiyimə görə də mənə hərdəmxəyal adam deyirdilər. İnsan evləndiyi ana qədər sevir və axırda həyatını birinə bağlayır. Mən imkan düşdükcə həyat yoldaşımı sevindirməyə çalışıram. Hədiyyə alıram, harasa dəvət edirəm. Bunun üçün böyük bir xərcimiz də çıxmır. Düşünürəm ki, diqqət, qayğı və bir az da romantika olmalıdır. 
 
Deputat Cavanşir Paşayev: Mən artıq onu xatırlamıram, yaşım çoxdur. Bu sualı cavanlara verin. Qocaların yaddaşı qalmır. 
 
Deputat Hikmət Babaoğlu: Mən ilk sevdiyim qadını hər gün evdə gördüyümə görə, elə olduğu kimi də xatırlayıram. 
 
Deputat Tahir Kərimli: Elə ömründə bir dəfə sevmişəm, o da indiki həyat yoldaşımdır. Bu yaşımda ona həsr etdiyim şeirlər, onlarla çəkdiyim rəsmlər buna əyani sübutdür.
 
Gülnar Nazimqızı 



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol