• $
  • €
  • ₽
  • ₺
  • £

“Ağcabədi” yarımstansiyası istifadəyə verildi

“Ağcabədi” yarımstansiyası istifadəyə verildi
14.02.2022 19:00
Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən qurulan 110/35/10 kilovoltluq "Ağcabədi” yarımstansiyasının açılışını edib.

 "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.


Bildirildi ki, 40 il əvvəl tikilən və istismar müddəti başa çatan, eləcə də artan tələbatı ödəyə bilməyən 110/35/10 kilovoltluq "Ağcabədi” yarımstansiyası genişləndirilərək rəqəmsal qaydada tam yenidən qurulub. Yarımstansiyanın gücü 23 meqavolt-amper artırılaraq 126 meqavolt-amperə çatdırılıb. Burada 110 kilovoltluq açıq paylayıcı qurğu sökülərək yenidən qurulub.


İşğaldan azad edilən ərazilərə qonşuluqda yerləşən sistem əhəmiyyətli "Ağcabədi” yarımstansiyasında yeni İdarəetmə Mərkəzi tikilib. Müasir mikroprosessor tipli rəqəmsal idarəetmə, mühafizə, avtomatika sistemləri ilə təchiz olunmuş rəqəmsal İdarəetmə Mərkəzində yerli mikro-SCADA dispetçer idarəetmə sistemi yaradılıb. 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğular İdarəetmə Mərkəzinin daxilində yerləşdirilib. İdarəetmə Mərkəzi ilə 110 kilovoltluq açıq paylayıcı qurğu arasında xüsusi hermetik kabel kanalları tikilib.


Dövlətimizin başçısı yarımstansiyanı işə saldı.


Qeyd olundu ki, yenidən qurulan yarımstansiya "Ağcabədi” şəhərində və rayon ərazisində yerləşən yaşayış məntəqələrini, meliorasiya, sənaye, sosial infrastruktur, ictimai-iaşə və digər obyektləri elektrik enerjisi ilə təchiz edəcək.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol