• $
  • €
  • ₽
  • ₺
  • £

"Dövlətimizin mənə kömək etməyə gücü çatmır"- ŞİKAYƏT

"Dövlətimizin  mənə kömək etməyə gücü çatmır"- ŞİKAYƏT
15.02.2022 16:33
İmişli rayonu Xəlfəli kənd sakini Talıb Nurullayev kənd təsərrüfatı ilə məşğul olmaq üçün subsidiya ala blmədiyindən Kənd Təsərrüfatı Nazirliyindən şikayət edir. 
 
"Mənim ərazisi 13 sot və 1 hektar 57 sotolmaqla iki torpaq sahəm var . Amma buna baxmayaraq dövlətdən subsidiya ala bilmirəm. Kənd Təsərfatırüfatı Nazirliyinə müraciət etmişəm. Səbəb kimi bu torpaqların  həyətyanı sahə hesab edildiyi bildirilir.  Mən tək deyiləm, mənim kimi bu kənddə çox insan var. Hər biri də mənim kimi əziyyət çəkir. Ümidim ancaq onadır ki, hər hansı xarici ölkənin səfirliyinə müraciət edim. Bəlkə onlar mənə yardım edərlər.  Görünür dövlətimizin  mənə kömək etməyə gücü çatmır", - deyə kənd sakini bildirib.
 
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov isə bildirir ki, Talıb Nurullayevin iki  torpaq sahəsi  olsa da ona subsidiya  düşmür.
 
"Talıb Nurullayevin 1,057 hektar olan ərazisi  həyətyanı sahə hesab edilir.  Qanunvericiliyə əsasən, həyətyanı sahələr zəbt edilmiş sahələr sayıldığına görə, orada aparılan əkin işləri üçün subsidya verilmir. Subsidya  ancaq 13 sot olan torpağı üçün verilə bilər. Amma onun üçün də vətandaş həmin əkin sahəsini Kənd Təsərüfatı Nazirliyinin İnformasiya Sistemində bəyan etməlidir. Həmin ərazidə  hansı məhsulu əkdiyini bildirməlidir və subsidya almaq üçün elektron ərizə ilə müraciət etməlidir.  Gələn il əkin aparanda həmin məhsulu bəyan edib subsidiya ala bilər. Vətandaş bu il verilən müddət bitəndən 40 gün sonra yəni  fevralın 9-da bəyan edib.  Qanunvericiliyə görə, dekabrın 30-dan sonra  edilən müraciətlərə baxılmır", - deyə nazirlik rəsmisi məsələyə aydınlıq gətirdi. 
 
Bununla yanaşı Hüseynov vətəndaşa  malik olduğu sahənin mülkiyyət formasını dəyişərək çıxarış almağı, daha sonra həmin çıxarışı  elektron sistemə daxil etməyi və 2023-cü ildə subsidiya üçün müraciət etməyi tövsiyyə etdi.
 
Aytac Zeynalova

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol