Səhiyyə qurumlarından “Peyvənd sertifikatı” ilə bağlı əhaliyə ÇAĞIRIŞ

Fevralın 15-dən etibarən Nazirlər Kabinetinin Qərarına əsasən COVID-19-a qarşı peyvəndin 2-ci dozasının üzərindən 6 ay keçmiş şəxslərin "Peyvənd sertifikatı” etibarlı hesab edilməyəcək.
Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in yaydığı birgə məlumatda qeyd olunub.
Bildirilib ki, "Peyvənd sertifikatı” tələb olunan sahələrdə çalışan və bir sıra iş və xidmət sahələrinin fəaliyyətindən istifadə edən yaşı 18-dən yuxarı şəxslərin 2-ci dozalarının üzərindən 6 ay keçdikdən sonra buster doza ilə peyvəndlənməsi tövsiyə olunur. Bunun üçün https://randevu.its.gov.az saytına daxil olaraq koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürülməlidir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























