• $
  • €
  • ₽
  • ₺
  • £

75 yaşlı kişi güllələnərək öldürülüb - YENİLƏNDİ

75 yaşlı kişi güllələnərək öldürülüb - YENİLƏNDİ
15.02.2022 11:38
Tovuzda qətlə yetirilən, 75 yaşlı şəxs uzun müddət müxtəlif vəzifələrdə çalışıb.

Hadisə ilə bağlı bəzi təfərrüatlar məlum olub. 

Məlumatına görə, hadisədən əvvəl 75 yaşlı Qamət Əliyev və oğlu, 42 yaşlı Ceyhun Əliyev Bakı şəhərindən rayonun Hunanlar kəndində olan evlərinə gediblər.
Onlar yolda olan zaman qohumları Rasim Quliyevə zəng edərək evin sobasını yandırmasını və yemək-içmək hazırlamasını xahiş ediblər.
Ata və oğlu evə çatana qədər qohumları süfrəni hazırlayıb. Quliyevə də əyləşib yemək yeməsi təklif olunub, lakin o, mal-qaraya baxmalı olduğunu bildirib və evdən çıxaraq gedib.

Hadisə zamanı evdə Ceyhun Əliyevlə atası Qamət Əliyev ikisi olub. Rasim Quliyev isə güllə səsini eşitdikdən sonra yenidən ora qayıdıb. O, evin həyətində Ceyhun Əliyevi görüb və nə baş verdiyini soruşub. Ceyhun cavabında atasını "Vinçestr" silahı ilə güllələdiyini deyib.

Qamət Əliyev sinəsindən 5 güllə yarası alıb və hadisə yerində dünyasını dəyişib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə özü polisə zəng edərək cinayət hadisəsini törətdiyini bildirib.

Ata və oğul arasında daha əvvəl ciddi münaqişənin olmadığı bildirilir.

Ceyhun Əliyev ailəli olub, 2 övladı var. Onun övladlarından biri 10-15 gün öncə dünyaya gəlib. Ceyhun Əliyevin psixoloji problemləri olduğu, onun bir müddət Maştağa qəsəbəsində yerləşən psixiatriya xəstəxanasında müalicə aldığı bildirilir.

Qətlə yetirilən şəxs uzun müddət Bakı şəhərində "Avtobaza"nın, "Taksi Park"ın və Təchizat İdarəsinin müdiri vəzifələrində çalışıb. Onun iki oğlu və bir qızı var.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
 
******

Tovuzda 75 yaşlı Qamət Əliyev odlu silahla qətlə yetirilib.

Onu qətlə yetirməkdə oğlu, 42 yaşlı Ceyhun Əliyev şübhəli bilinir. Əliyevin psixoloji problemlərinin olduğu bildirilir.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırmalara başlanılıb.(report.az)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol