"Müdafiə Xətti": İnsan hüquqları sahəsində vəziyyət pisləşib

2022-ci ilin yanvarında Azərbaycanda insan hüquqlarının vəziyyəti daha da pisləşib, bu barədə "Müdafiə Xətti" İnsan Haqları Təşkilatının hesabatında bildirilib.
Təşkilatın icraçı direktoru Rüfət Səfərovun verdiyi məlumata görə, hesabat dövründə hakimiyyətin tənqidçilərinə təzyiq, həbs edilənlərə qarşı fiziki zorakılıq və işgəncə faktları davam edib.
"Çox təəssüf ki, Azərbaycanda mövcud hakimiyyətin dövründə insan hüquq və azadlıqlarının vəziyyəti getdikcə daha da qeyri-qənaətbəxş hal almaqdadır. Siyasi, iqtisadi, hətta mədəni yaradıcılıq azadlıqları da artıq iqnor edilib", - deyə Səfərov bildirib.
Brifinqdə "Vətəndaş və İnkişaf Partiyası"nın sədri Əli Əliyevin məhkəmə prosesindəki çıxışına da toxunulub. Təşkilatın icraçı direktoru Rüfət Səfərov bildirib ki, partiya sədri həbs olunduqdan sonra ölümlə hədələndiyini qeyd edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























