• $
  • €
  • ₽
  • ₺
  • £

Ramiz Mehdiyevin vəzifəsini kim icra edir? - AÇIQLAMA

Ramiz Mehdiyevin vəzifəsini kim icra edir? - AÇIQLAMA
15.02.2022 11:06
Yeni sədr seçkiləri keçirilənə qədər I vitse-prezident akademiyaya rəhbərlik edəcək, bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli AzVision.az-a açıqlamasında bildirib.

"Dünən Rəyasət Heyətinin iclası keçirildi və Ramiz Mehdiyev öz ərizəsi ilə tutduğu vəzifədən getməsi qərarını bildirdi. Rəyasət Heyəti ərizəni məqbul hesab etdi.
 Akademiyanın Nizamnaməsi və tələblərinə uyğun olaraq yeni sədr seçkiləri keçirilənə qədər AMEA-ya I vitse-prezident, yəni Arif Həşimov rəhbərlik edəcək", - deyə o bildirib. 
 
Azərbaycan Milli Elmlər Akademiyasının Mətbuat xidmətinin rəhbəri Azadə Balayeva isə bildirib ki, Ramiz Mehdiyevin vəzifəsini heç kim icra etmir. 

"Hazırda AMEA-da iclas gözlənilmir. Dünən akademik Ramiz Mehdiyev istefa vermək niyyətinin olduğunu bəyan etdi. Onun vəzifəsini başqası icra etmir. Ramiz Mehdiyev istefa ərizəsini Prezidentə təqdim edəcək. Əgər istefa təsdiq olunarsa, vəzifəni kimin icra edəcəyi aydınlaşdırılacaq. Müraciətin nə zaman olunacağını dəqiq bilmirik”, - deyə Balayeva vurğulayıb.
 
Fevralın 15-də AMEA-nın Rəyasət Heyətinin iclası keçirilib. İclasda AMEA prezidenti Ramiz Mehdiyev vəzifəsindən istefa verdiyini açıqlayıb. O, yaşla əlaqədar AMEA-dakı postunu tərk etməyə qərar verdiyini bildirib.
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol