• $
  • €
  • ₽
  • ₺
  • £

"Qaçaqmalçı adı ilə bizi Türkiyədə həbs etdirirlər" - Naxçıvanlı taksi sürücüləri

"Qaçaqmalçı adı ilə bizi Türkiyədə həbs etdirirlər" - Naxçıvanlı taksi sürücüləri
15.02.2022 11:25
Naxçıvanda taksi sürücüləri Sədərək gömrüyünün şikayəti əsasında Türkiyədə yanacaq qaçaqmalçısı kimi həbs olunduqlarını iddia edirlər, bu haqda "Gündəlik Naxçıvan”a sürücülərin özləri məlumat verib.

Onlar deyir ki, şərlənmələrinə səbəb Naxçıvan Gömrük Komitəsinin sədr müavini Səbuhi Novruzovun yanacaq monopoliyasına tabe olmamalarıdır.

Sürücülər iddia edirlər ki, sərhədi keçən avtomobillərdən yanacağı məhz Səbuhi Novruzovun məntəqələrindən almaları tələb olunur. Orada isə qiymətlər xeyli baha olduğundan, onlar başqa ünvana üz tutur. Bunun qarşısını ala bilməyən gömrük işçiləri belə bir üsula əl atıblar.

Bildirilir ki, Səbuhi Novruzov son aylarda Naxçıvan Gömrük Komitəsi sədrinə müavin təyin olunub. Naxçıvanda xeyli yanacaqdoldurma məntəqələrinin sahibi olan yeni müavinin Ali Məclisin sədri Vasif Talıbovun yaxın qohumu olduğu deyilir. Bu məntəqələrdən biri də Şərur rayon Siyaqut kəndi yaxınlığında, Sədərək gömrüyünə gedən yolun üstündədir. Gömrükdən keçən taksilərdən tələb olunur ki, yanacağı məhz həmin məntəqədən doldursunlar. Sürücülər deyir ki, bu tələbə boyun əyməyəndə onlara qarşı tədbir amansız olur. Onlar sərhədi keçəndən sonra gömrük işçiləri Türkiyə jandarmasına zəng edib, həmin taksi sürücülərini yanacaq qaçaqmalçısı kimi təqdim edirlər. Bundan sonra Türkiyə hüquq-mühafizə orqanları qaçaqmalçı adı ilə avtomobili və sahibini həbs edir. Sürücülər cərimə olunduqdan sonra buraxılsa da, avtomobillərə uzun müddətli həbs kəsilir. Sürücülərə əlavə olaraq, uzun müddət Türkiyəyə giriş qadağası qoyulur.

Belə sürücülərdən biri də Nurəddin Məmmədovdur. O deyir ki, bir neçə gün öncə, onu da qaçaqmalçı adı ilə Türkiyədən deportasiya ediblər.

"İğdır şəhərinə müştəri aparmışdım. Qayıdanda jandarmalar saxladı, dedi ki, Naxçıvan tərəfi məlumat verib ki, mən yanacaq daşıyıb satıram. Qaçaqmalçı adı ilə avtomobili əlimdən aldılar, cərimə edib Türkiyədə saxladılar. Üstəlik özümün də  Türkiyəyə girişimə 5 illik qadağa qoyub, deportasiya elədilər. Yanacağı onlardan almadığım üçün Sədərək gömrüyünün işçiləri məni şərlədilər, uşaqlarımı çörəksiz qoydular. İndi mən necə dolanacağam? Taksinin kreditini də hələ ödəyib qurtara bilməmişdim. Nə edəcəyimi bilmirəm. Tək mən deyiləm. Mənim kimi onlarla sürücü bu cür şərlənib, Türkiyədən deport olunublar. Əslində əsl qaçaqmalçı özləridir. Səbuhi Novruzovun adamları öz yük və minik avtomobillərinə gizli çənlər yerləşdiriblər. Hər gün gömrükdən yüz tonlarla yanacağı oğurluq yolla keçirib, Türkiyədə satırlar. Onlara gözün üstə qaşın var deyən yoxdur”, - deyə o bildirib.

Türkiyəli sürücülər də Sədərək gömrüyündə buna bənzər halla üzləşdiklərini deyirlər. İğdır-Naxçıvan-İğdır reysi üzrə işləyən, adının çəkilməsini istəməyən avtobus sürücüsü deyir ki, yanacağı başqa məntəqədən aldıqlarına görə, onları da gömrükdə "incidirlər”.

"Yanacağı gərək bunlar dediyi yerdən alaq, Səbuhi müəllimdən. Almayanda, gömrükdə problem çıxarırlar. Yanacaq çənini ölçürlər, deyirlər yanacağı boşalt görək neçə litirdir. Yox yerdən gecikdirirlər. Onlar dediyi yerdən alanda isə, heç bir problem olmur. Sanki bizi izləyirlər. Haradan nə qədər yanacaq aldığımızı əzbər bilirlər”, - deyə o vurğulayıb. 

Naxçıvan MR Gömrük Komitəsi sürücülərin iddiaları ilə bağlı sualları cavablandırmaqdan imtina edib.

Səbuhi Novruzov 2021-ci ilin oktyabrına kimi Naxçıvan daxili işlər nazirinin müavini vəzifəsində çalışıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol