• $
  • €
  • ₽
  • ₺
  • £

Ramiz Mehdiyevin köməkçisi HƏBS EDİLDİ - YENİLƏNDİ

Ramiz Mehdiyevin köməkçisi HƏBS EDİLDİ - YENİLƏNDİ
15.02.2022 13:34
AMEA prezidenti Katibliyinin rəisi Eldar Əmirovun həbsinin təfərrüatları məlum olub.

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan Əmirov barəsində çoxsaylı şikayətlər olub. Şikayətlərin əsasən, Eldar Əmirovun işə düzəltmək adı ilə pul yığması ilə bağlı olduğu deyilir. İddia olunur ki, o, pulla işə adam düzəldirmiş.

Lakin E.Əmirovun başqa əməllərinin də üstünün açılacağı istisna edilmir.

Daha bir məlumata görə isə Eldar Əmirov barəsində artıq məhkəmə qərarı var. Nərimanov rayon Məhkəməsi Əmirov barəsində 30 sutka həbs qərarı çıxarıb.(lent.az)
 
*****

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Katibliyinin rəisi, siyasi elmlər doktoru Eldar Əmirov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

DİN Mətbuat xidmətinin rəisi polis polkvniki Ehsan Zahidov məlumatı təsdiqləyib.

O bildirib ki, Eldar Əmirov DİN-ə daxil olmuş bir məlumatın araşdırılması məqsədi ilə saxlanılıb. Hazırda araşdırmalar davam etdirilir.

Eldar Əmirov AMEA prezidentliyindən istefa vermiş Mehdiyevin baldızı oğludur və köməkçisi işləyib. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol