• $
  • €
  • ₽
  • ₺
  • £

Ramiz Mehdiyevin hazırda vəzifədə olan qohumlarının SİYAHISI

Ramiz Mehdiyevin hazırda vəzifədə olan qohumlarının SİYAHISI
15.02.2022 12:39
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Katibliyinin rəisi, siyasi elmlər doktoru, AMEA-nın istefa vermiş prezidenti Ramiz Mehdiyevin baldızı oğlu Eldar Əmirov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
 
Eldar Əmirov uzun illər Mehdiyevin köməkçisi olub. Lakin Əmirov onun vəzifədə olan tək qohumu deyil. 
 
Ramiz Mehdiyevin vəzifədə olan digər qohumları kimlərdir?

Bu siyahıda ilk ağla gələn şəxs istefa vermiş AMEA rəhbərinin oğlu Teymur Mehdiyevdir. O, 5 may 2014-cü il tarixindən Fövqəladə Hallar nazirinin müavini təyin edilib və general-mayor ali hərbi rütbəsi daşıyır.

İndi isə Mehdiyevin digər vəzifəli qohumları ilə tanış olaq:

Mehdiyev Telman Hüseynqulu oğlu – Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisidir. Uzun müddətdir Dövlət Gömrük Komitəsində çalışıb. O, 2017-ci ildə bu sahədə fəaliyyətinə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. O, Ramiz Mehdiyevin qardaşı oğludur.

Mehdiyev Nəriman Hüseynqulu oğlu – Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi və Ramiz Mehdiyevin qardaşı oğludur.

Mehdiyev Mərdan Hüseynqulu oğlu – Bakı Dövlət Yol Polis İdarəsinin Ekoloji Nəzarət Bölüyünün komandiri.

Mehdiyev Elvin Xanlar oğlu – Gömrük Komitəsində daxili xidmət polkovnik-leytenantı, rəis.

Mehdiyev Zahid Arif oğlu – Azərbaycan Respublikasının Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyində şöbə müdiri.
 
Həmçinin son məlumatlara görə, Ramiz Mehdiyev AMEA-da olduğu müddətdə kürəkəninin qardaşına da vəzifə vermişdi. O, ötən ilkürəkəni İlham Əliyevin qardaşı Fikrət Əliyevi AMEA-nın İşlər idarəsinə müvəqqəti olaraq müdir təyin etmişdi.
 
Əliyevin xalası oğlu Seymur Qurban oğlu Mərdəliyevisə, prezidentin 26 dekabr 2019-cu il Sərəncamı ilə Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin müavini təyin edilib.

Eyni zamanda Ramiz Mehdiyevin hüquq-mühafizə orqanlarına yerləşdirdiyi və sayı bilinməyən qohumları da az  olmadığı haqqında da məlumatlar var. (sfera.az)

 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol