Fevralın 1-dək yazılan cərimələrin silinsin - TƏKLİF

Azərbaycanda bu ilin fevralın 1-dək tətbiq edilən bütün cərimələrin silinməsi təklif olunur. Bu təkliflə deputat Tahir Kərimli parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.
"Hökumət əməkhaqqını, pensiyanı az artıranda biz sual veririk, deyirlər ki, dövlətin gücü buna çatır. Amma cərimələr 300-400% artırılır. Onda niyə əhalinin ödəyəcəyi pul nəzərə alınmır? Bu layihələr qurumlar tərəfindən hazırlanır, Prezident Administrasiyasına göndərilir, biz də onu təsdiqləyirik. Oluruq pis adam. Qaza qarışdırıb bizə hava satırlar. Buna görə mənim xalqıma cərimə tətbiq edəcəklər? Ay hökumət, niyə parlamenti pis vəziyyətdə qoyursunuz? Niyə bu layihəni irəli sürürsünüz? Normativ hüquqi aktlarda publik hüquqi şəxslərin cərimə edilməsinə rast gəlmədim. Bu publik hüquqi şəxslər ancaq cərimə etməklə məşğul olacaq?! AQTA Yasamalda göyərti satanı 1400 manat cərimə edir, sahibkarların başına oyun gətirir. Bu qədər cərimə olar? Prezidentdən xahiş edirəm ki, fevralın 1-nə kimi olan bütün cərimələr silinsin. Neftin qiyməti 100 dollara çatıb. Cərimə hesabına büdcəni doldurmaq lazım deyil. Publik hüquqi şəxsləri cərimə hesabına niyə saxlayaq?”, - deyə millət vəkili bildirib.
Deputat Sabir Rüstəmxanlı isə bildirib ki, qazla bağlı problem bütövlükdə respublikada mövcuddur.
"Yanvar, fevral olmasına baxmayaraq, artıq qazla bağlı limiti keçənlər var. Bu qiymətləndirmə dəyişməlidir. Bunu müzakirə etməliyik. Cərimə məsələsi Azərbaycanda artıq ciddi problemə çevrilib. Milli Məclis ölkədə ali qanunverici orqandır. Biz burada bir çox məsələ barədə danışırıq. Lakin bizim danışdığımız sanki divarlar üçündür. Bura göndərilən layihə ilə bağlı təklifi verən qurumlardan bizim danışdıqlarımıza reaksiya yoxdur. Cərimələr qaçılmazdır, amma cərimələri əhalinin maaş səviyyəsinə uyğunlaşdırmalıyıq. 300-400 manat maaş alan bir adam 400 manat cərimə verəndə necə dolana bilər? Cərimələr hər maaşa görə müəyyən edilməlidir. Hava ilə cərimə müəyyənləşdirmək olmaz. Cərimə məsələlərində çox diqqətli olmalıyıq”, - deyə o vurğulayıb. (apa.az)
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























