Bu şəxslərə 61 milyon manatdan çox subsidiya ödənilib - Nazirlikdən AÇIQLAMA

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) 2021/2022-ci il payızlıq əkinlərə görə subsidiyaların ödənişinə başlayıb. Fevralın 15-də AKİA tərərindən payızlıq əkinlərə görə 159 min 500 fermerə ümumilikdə 61 milyon 836 min manat subsidiya ödənişi həyata keçirilib, Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Subsidiyalar kənd təsərrüfatı məhsulları istehsalçılarının "Fermer kartı”na köçürülüb. Qanunvericiliyə uyğun olaraq, fermerlər karta köçürülmüş vəsaitini 25 %-ini bankomatlar vasitəsilə nağdlaşdıra, 75 %-ini isə qeyri-nağd şəkildə gübrə, pestisid, herbisid, toxum və digər kənd təsərrüfatı istehsal vasitələri almaq üçün sərf edə bilərlər.
Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2021/2022 mövsümündə taxıl əkinlərinin hər hektarına görə, fermerlərə 210 manat subsidiya ödənilir. Bu gün ödənilən subsidiyalar, təxminən, 300 min hektara yaxın əkin sahəsini əhatə edir.
Payızlıq əkinlərin bəyanı dekabrın 30-da başa çatıb, ilk subsidiyalar həm də əkinlərini vaxtında bəyan etmiş fermerlərə ödənilib.
Payızlıq əkinlərə görə subsidiyalar təsərrüfat ilinin əvvəlində, fermerlərin aqrotexniki qulluq qaydaları apardığı müddətdə ödənilir. Subsidiyaların fevral-mart aylarında ödənilməsi fermerlərə təsərrüfat fəaliyyəti zamanı vəsaitə olan ehtiyacını təmin edir.
Hazırda payızlıq əkinləri Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan etmiş fermerlərin əkin məlumatları və torpaq sənədlərinin yoxlanması davam edir. Sahələrində monitorinqlər başa çatmış, torpaq sahələrindən verdikləri aqrokimyəvi analizin nəticələrini, sahələri sığorta etdirmələrinə dair müqavilələrin surətini EKTİS-ə daxil etmiş fermerlərin siyahısı hazırlanır və hər həftə bu siyahılar üzrə subsidiyaların ödənilməsi elektron qaydada həyata keçiriləcək. Payızlıq əkinlərə görə subsidiya ödənişlərinin ən optimal müddətdə başa çatdırılması nəzərdə tutulur.
Subsidiyaların ödənişi davam edəcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























