Audiovizual Şuranın qərarları normativ hüquqi akt sayılacaq

Azərbaycan Respublikasının Audiovizual Şurasının yaradılması ilə əlaqədar normativ hüquqi aktlara uyğunlaşdırılma xarakterli dəyişiklik edilir.
APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Eyni zamanda Hüquqi Aktların Dövlət Reyestrinin strukturuna dəyişiklik edilir. Hüquqi Aktların Dövlət Reyestrinə Azərbaycan Respublikası Audiovizual Şurasının qərarları da əlavə edilir.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























