İki rayonunun ləğvi ilə əlaqədar bələdiyyə əraziləri dəyişir

Gəncə şəhərində Nizami və Kəpəz bələdiyyələrinin əhatə etdiyi ərazi vahidləri dəyişilir, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirə edilən "Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Kəpəz bələdiyyəsinin əhatə etdiyi ərazi vahidlərinə Cavadxan, Məhsəti, Natəvan, Sadılı və Şıxzamanlı qəsəbələri, Gəncə şəhərinin 3 və 4 saylı sahə inzibati ərazi dairələrinin ərazisini təşkil edən hissəsi daxil olacaq.
Nizami bələdiyyəsinin əhatə etdiyi ərazi vahidlərinə Gəncə şəhərinin 1 və 2 saylı sahə inzibati ərazi dairələrinin ərazisini təşkil edən hissəsi daxil olacaq.
Qüvvədə olan qanuna görə, Kəpəz bələdiyyəsinin əhatə etdiyi ərazi vahidinə Kəpəz rayonu (aşağıda göstərilən bələdiyyənin ərazisi çıxmaqla) daxildir.
Eyni zamanda Nizami bələdiyyəsinin əhatə etdiyi ərazi vahidinə Nizami rayonu daxildir.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























