• $
  • €
  • ₽
  • ₺
  • £

“Ural Hava Yolları” Bakıya uçuşların sayını artırır

“Ural Hava Yolları” Bakıya uçuşların sayını artırır
15.02.2022 15:01
Rusiyanın "Ural Hava Yolları" şirkəti martın 6-dan Yekaterinburqdan Bakıya uçuşların sayını iki dəfə artıracaq, bu barədə aviaşirkət məlumat yayıb.

Həmin tarixdən Yekaterinburqdan Bakıya aviareyslər cümə axşamı və bazar günləri, əks istiqamətdə isə bazar ertəsi və cümə günləri yerinə yetiriləcək.

Aviadaşıyıcı həmçinin martın 30-dan Jukovski-Bakı-Jukovski marşrutu üzrə Azərbaycana uçuşların sayını iki dəfə artıracaq. Hazırda aviadaşıyıcı hər cümə axşamı bu istiqamətdə aviareyslər həyata keçirir, qeyd olunan tarixdən isə uçuşlar çərşənbə və şənbə günləri olacaq.

Bundan əlavə, "Ural Hava Yolları” martın 9-dan 23-nə qədər Krasnodar - Bakı - Krasnodar marşrutu üzrə çərşənbə günlərində, martın 31-dən isə cümə axşamı günlərində uçuşlar yerinə yetirəcək. Hazırda bu istiqamətdə uçuşlar cümə günləri həyata keçirilir.

"Ural Hava Yolları” həmçinin İrkutsk - Bakı - İrkutsk (cümə günləri) və Krasnoyarsk - Bakı - Krasnoyarsk (şənbə günləri) marşrutları üzrə uçuşlar həyata keçirir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol