• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir müavini Bakı sakininin e-mail ünvanını blokladı

Nazir müavini Bakı sakininin e-mail ünvanını blokladı
15.02.2022 17:49
Maliyyə nazirinin müavini Cavanşir Yusifov Bakı sakini Anara Baazovanın e-mail ünvanını bloklayıb.  Bu barədə Qaynarinfo-ya Baazovanın özü məlumat verib.


"Görünür, yazdığım məktublar onu narahat edir, bu baxımdan, elktron poçtumu bloka atıb”, - deyə Baazova bildirib.


Anara Baazovanın şikayəti ona düşən kompensassiyanın ödənilməməsi ilə bağlıdır. Mirzəağa Əliyev küçəsi dalan 2, ev 10 ünvanında şikayətçiyə məxsus 205 kvadrat metrlik mənzil olub. Lakin Maliyyə Nazirliyi həmin mənzili "yox”a çıxarıb. Beləliklə də Baazovaya kompensasiya ödənilməyib. 


Sonradan vətəndaş müvafiq qurumlara müraciət edib. Nəticədə Baazovanın mənzili tapılıb. Lakin Maliyyə Nazirliyi bu halda da kompensasiyanı ödəmək istəmir.


Bu məsələdə maraqlı məqamlardan biri də Baazovanın evi Zaur Mahmudov adlı şəxsin adına rəsmiləşdirilib. 


"Lakın Sizə göndərdiyim 64/150/1 şərti kodu ilə işarələnmiş sənədlərdən göründüyü kimi Zaur Mahmudov adlı şəxsin evi dalanın sol hissəsində yerləşib və sonuncu həmin hissəyə dair 28 dekabr 2018-ci il tarixdə alqı-satqı yolu ilə hüquqlarını satıb. 11 fevral 2019-cu ildə isə Zaur Mahmudov üçün yeni akt tərtib edilir və qeyd edilir ki, Mahmudovun dalanın sol tərəfində yerləşən evinin pulu hesablanarkən eyni dalanın sağ tərəfində 2, 3 saylı ev olub, orada isə Mahmudovun qarajı yerləşib.


Necə oldu ki, dalanın sol tərəfində yerləşən 3 saylı ev dalanın sağ tərəfinə köçdü?” deyə Baazova Cavanşir Yusifova ünvanladığı müraciətdə qeyd edir.


Zaur Mahmudova gəlincə, iddialara görə, o, mərhum xalq şairi Bəxtiyar Vahabzadənin oğlunun sürücüsüdür. 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol