• $
  • €
  • ₽
  • ₺
  • £

BDU-nun kafedra müdiri vəfat edib- FOTO

BDU-nun kafedra müdiri vəfat edib- FOTO
16.02.2022 10:35
Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin Mineralogiya və geokimya kafedrasının müdiri, əməkdar elm xadimi, geologiya-mineralogiya elmləri doktoru, professor Məmməd Çıraqov vəfat edib.
 
Bu barədə  universitetdən məlumat verilib.
 
M.Çıraqov 21 iyun 1938-ci ildə Gürcüstanın Bolnisi rayonunda anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Universitetini (indiki BDU) bitirəndən sonra AMEA-nın Kimya İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlayıb. 1966-1969-cı illərdə SSRİ EA Sibir şöbəsində Qeyri-Üzvü Kimya İnstitutunda aspirant, 1971-ci ildə BDU-nun Faydalı qazıntılar kafedrasında baş müəllim, 1973-ci ildən dosent, 1990-cı ildən BDU-nun Kristalloqrafiya, mineralogiya və geokimya kafedrasında professor vəzifələrində çalışıb.
 
M. Çıraqov 220-dən çox elmi məqalənin, 3 monoqrafiyanın, 5 dərsliyin müəllifi olub. O, pedaqoji-akademik fəaliyyəti dövründə 7 elmlər namizədi yetişdirib. Yeni quruluşların açılması, müqayisəli kristallokimya üsulunun yaranması və onun əsasında mineralların və qeyri-üzvi birləşmələrin modelləşdirilməsi, kalsium silikatlarında polisomatizm hadisəsi, mineralların çevrilməsinin istiqamətliliyi istiqamətində tədqiqat aparıb.
 
M. Çıraqov 1990-cı ildə Xudu Məmmədov adına mükafatla, 2008-ci ildə "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib. 2009-cu ildə ”İlin müəllimi” fəxri adına, 2015-ci ildə isə AMEA-nın akad. M. V. Əliyev adına mükafatına layiq görülüb.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol