Bakı metropoliteninə ventilyatorlar gətiriləcək

2022-ci ildə Bakı metropolitenində daha 6 yeni güclü ventilyator alınaraq quraşdırılacaq.
Bununla əlaqədar Rusiyanın Artyomovsk şəhərindəki "Ventprom” maşınqayırma zavodu ilə
müqavilə imzalanıb.
Ventilyasiya sisteminin səmərəli fəaliyyəti metropolitenin tunel və
stansiyalarında sərnişin təhlükəsizliyi prinsiplərinin ən mühüm tərkib hissəsidir. Bu səbəbdən
istismar müddətini başa vuran havalandırma qurğularının yenilənməsi və digərlərinin
təkmilləşdirilməsi davamlı aparılan bir prosesdir.Yeni ventilyatorlar Qırmızı xəttin "Qara Qarayev-Neftçilər”, "Əhmədli-Həzi Aslanov”
mənzillərində, həmçinin Yaşıl xəttin "Cəfər Cabbarlı” və "Xətai” stansiyalarının aidiyyəti
sahələrində quraşdırılacaq.
Bununla yanaşı, metropolitenin tunel və stansiyalarında təbii havalandırma sisteminin
yaxşılaşdırılması istiqamətində də işlər planlı şəkildə davam etdirilir.
2022-ci ildə
dempferlərin alınaraq quraşdırılması da nəzərdə tutulub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























