Müəllimlərin işə qəbulu qaydaları dəyişib

2021-ci ildə müəllimlərin işə qəbulu ilə bağlı müraciət edən namizədlərin sayı 62 min nəfər olub, bunu "Müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında yeniliklər" mövzusunda keçirilən onlayn brifinqdə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib.
Test imtahanı mərhələsində sualların cavablandırılması üçün verilən 90 dəqiqə 120 dəqiqəyə qədər artırılıb. Bu namizədlər üçün əlverişli şəraitin yaradılmasına səbəb olacaq. Ənənəvi şəkildə yenə 60 sual təqdim olunacaq. Cavablandırılma zamanı qiymətləndirmə fərqli olacaq. Əvvəlki kimi 60 yox 100 bal toplamalı olacaqlar. İxtisas suallarına görə hər bir fənn üzrə düzgün cavab 2 bal, metodika üzrə 1 bal tətbiq ediləcək. Səhv 4 tapşırığa görə 1 düz cavab silinəcək",deyə o bildirib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























