Bağça müəllimləri üçün yeni imtahan mexanizmləri hazırlanır - RƏSMİ

Bağça müəllimlərinin işə qəbulu ilə bağlı yeni mexanizmlər hazırlanır, bu barədə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bu gün keçirilən onlayn brifinqdə məlumat verib.
"Hazırda bununla bağlı yeni qaydalar hazırlanır. Çalışırıq ki, bağça müəllimlərinin imtahanı da obyektiv və şəffaf şəkildə keçirilsin. Yaxın zamanlarda bununla bağlı qaydalar hazırlanıb açıqlanacaq", deyə Eyqi Bağırov bildirib.
Yanvarın 1-dən etibarən prezidentin sərəncamı ilə bağçalar icra hakimiyyətlərindən alınaraq Təhsil Nazirliyinə verilib. İcra Hakimiyyətinin tərkibində olduğu müddətdə isə müəllimlərin işə qəbulu imtahanla deyil icra hakimiyyətinin qaydaları əsasında aparılırdı.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























