• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə minik avtomobilləri verildi

Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə minik avtomobilləri verildi
03.05.2014 22:19

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbədə dayanmış daha 100 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilinə “Naz-Lifan” markalı minik avtomobilləri verilib. 

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, son bir ayda bu ilin əvvəlinədək növbədə olan 675 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilindən artıq 400 nəfəri avtomobillə təmin olunub, qalan şəxslər isə bu ayın sonuna qədər avtomobillə təmin olunacaq. Ümumilikdə isə indiyədək Azərbaycanda 4 206 nəfər əlilliliyi olan şəxsə dövlət tərəfindən minik avtomobili verilib.Qeyd edək ki, “1941-1945-ci illər Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalanması digər kateqoriyalardan olan əlillərin də xüsusi nəqliyyat vasitələri ilə təminatında yeni mühüm irəliləyişə təminat verir. Bu sərəncama əsasən, bu ilin əvvəlinədək növbəyə dayanmış Böyük Vətən müharibəsi, Çernobıl və hərbi xidmət əlillərinin də qısa müddətdə avtomobillə tam təmin olunması həyata keçiriləcək.Yeni minik avtomobili alan Qarabağ müharibəsi və 20 Yanvar əlilləri Azərbaycanın dinamik və hərtərəfli tərəqqisi proseslərinin əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri ilə müşayiət olunduğunu vurğulayıblar. 

 ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol