Bakının bu ərazisinə 4 gündür qaz verilmir - ŞİKAYƏT - RƏSMİ AÇIQLAMA

Bakının Binəqədi rayonu Rəsulzadə qəsəbəsində baş verən qəza ilə bağlı dörd gündür qaz verilmir, bu barədə anews.az-a müraciət edən həmin ərazidə yaşayan sakinlər şikayət edərək bildirib.
"Bakının mərkəzində yaşadığımız halda 4 gündür qazsız qalmışıq. Şikayətimizi ilk olaraq "Azəriqaz"-ın qaynar xəttinə bildirdik. Sabah bərpa olunacaq deyilsə də sonradan başqa cavablar eşitdik. Bizə bildirildi ki, həmin ərazidə olan "Səma" restoranın sahibi məsuliyyətsizlik edir. Gəlib ərazidə olan dağınıtını təmizləməlidir ki, biz qazın bərpasını icra edə bilək. Həmin şəxslə bağlı siz İcra hakimiyyətinə, ya da Fövqəlada Hallar Nazirliyinə müraciət etməlisiz. Qurumlar problemi bir-birinin üzərinə atır. Nəticə də isə biz vətəndaşların pis durumda qalması ilə yekunlaşır. Evdə yeganə istilik mənbəyimiz olan qazdır ondan da məhrum olmuşuq. Belə çıxır ki, evdə olan körpə uşaqların,qocaların necə bir vəziyyətdə qalması heç kimi narahat etmir", deyə şikayətçilər bildirib.
Məsələ ilə bağlı "Azəriqaz" İB əlaqə saxladıq. Qurumun mətbuat katibi Eldəniz Vəliyev bildirdi ki, hazırda bu məsələ onların nəzarətinə götürülüb.
"Məsələ ilə bağlı başqa aiddiyatı qurumlar yaxın gəlmir. Bu problemin içində "Azəriqaz" tək qalıb. Halbuki bu problem kompleks şəklində həll olunmalıdır. Məsələnin ciddiliyini nəzərə alaraq, abonenetlərin davamlı və təhlükəsizlik qazla təmin olunması üçün artıq müvaffiq şöbələrə tapşırıqlar verilib. Sabah gün ərzində həmin əraziyə 90 metrdən artıq olan alternativ qaz xətti çəkiləcək və abonenetlərin qazla təmin olunması bərpa olunacaq.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























