• $
  • €
  • ₽
  • ₺
  • £

Nəzarətsiz qalan azyaşlı təhsilə cəlb edilib

Nəzarətsiz qalan azyaşlı təhsilə cəlb edilib
16.02.2022 16:09
Bakıda anası tərəfindən evdə tək buraxıldığı üçün nəzarətsiz qalan azyaşlı təhsilə cəlb edilib.
Bu barədə  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.
 
Onun sözlərinə görə, nəzarətsiz qalaraq təhlükəli vəziyyətə düşən azyaşlının hüquqlarının müdafiəsi və maraqlarının təmin olunması, eyni zamandan ailəyə dəstək göstərilməsi məqsədilə Dövlət Komitəsi tərəfindən müvafiq tədbirlər davam etdirilir.
 
T.Mərdanoğlu bildirib ki, növbəti tədbir olaraq, Yasamal rayonunda yerləşən özəl müəssisələrin birinin təşəbbüsü əsasında Dövlət Komitəsinin nümayəndəsi uşağın anası və ailəyə dəstək göstərən E.İbrahimova (qonşu) ilə birlikdə həmin müəssisəyə səfər edib və azyaşlının məktəbəqədər təhsilə cəlb edilməsi təmin edilib.
 
Fevralın ayının əvvəlində evdə tək qalan azyaşlı uşağın yaşadıqları Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən binanın mənzillərinin birində eyvana çıxaraq təhlükəli vəziyyətdə olmasını əks etdirən videogörüntü yayılıb.
 
Həmin vaxt dərhal Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin əməkdaşları, Yasamal Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın nümayəndəsi və Daxili İşlər Nazirliyinin Yasamal rayonu üzrə Polis şöbəsinin Yetkinlik yaşına çatmayanların işləri üzrə inspektoru qeyd edilən ünvanda yerləşən ailəyə səfər həyata keçiriblər.
 
Məlum olub ki, 6 yaşlı uşağın anası A.Ə evin yaxınlığında yerləşən şirniyyat müəssisəsində işləyir və uşağı evdə nəzarətsiz şəkildə tək qoyaraq işə gedib.
Buna görə də ailə nəzarətə götürülüb.( Report)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol