• $
  • €
  • ₽
  • ₺
  • £

Gömrükçülərin həbs xəbərinə aydınlıq gətirildi

Gömrükçülərin həbs xəbərinə aydınlıq gətirildi
16.02.2022 16:12
Ötən gün bəzi saytlarda və sosial şəbəklərdə Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin "Xocasən” gömrük postunda xüsusi əməliyyatın həyata keçirildiyi və gömrük əməkdaşlarının həbs olunduğu barədə əsassız məlumatlar yayılıb.
 
Bu barədə  Komitədən məlumat verilib.
 
Komitə bildirir ki, yayılan məlumatda hətta guya həbs olunan əməkdaşların DGK rəhbərliyi ilə qohumluq əlaqələrinin olduğu iddiası ilə təxəyyül məhsullarını özündə ehtiva edən informasiyalar tirajlayıblar.
 
Komitədən qeyd edilib ki, gömrük sistemində aparılan islahatların əsas hədəflərindən biri də şəffafliğin təmin olunması, korrupsiya və digər qanunazidd əməllərin qarşısının alınmasıdır: "Son 4 ildə bu istiqamətdə nəzarət və mübarizə tədbirləri gücləndirilməklə yanaşı, mütəmadi olaraq gömrük əməkdaşları ilə profilaktik işlər aparılır, Dövlət Gömrük Komitəsinin müvafiq qurumları müstəqil olaraq, eyni zamanda aidiyyəti digər dövlət orqanları ilə birlikdə xüsusi əməliyyatlar keçirir və bu barədə ictimaiyyət ətraflı məlumatlandırılır”.
 
Məlumata görə, Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən növbəti əməliyyat tədbiri Bakı Baş Gömrük İdarəsinin "Xocasən” gömrük postunda həyata keçirilib və hazırda Komitənin aidiyyəti strukturları tərəfindən aparılan müvafiq araşdırmalar davam etdirilir.
 
DGK bir daha vətəndaşlara və sahibkarlara müraciət edərək gömrük sistemində qarşılaşdıqları hər hansı qanunsuzluq, korrupsiya və rüşvət halları ilə bağlı kimliyindən və rütbəsindən asılı olmayaraq Komitəyə və ya digər hüquq-mühafizə orqanlarına məlumat verməyi xahiş edir.
 
O cümlədən, hər kəsi Dövlət Gömrük Komitəsinin fəaliyyəti ilə bağlı yanlış məlumatlar yaymamağa, gömrük orqanlarınn fəaliyyətinə kölgə salmamağa çağırırıq.
 
Qanunun tələblərinə əməl etməmək qanun qarşısında məsuliyyət yaradır, deyə Komitənin məlumatında deyilir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol