• $
  • €
  • ₽
  • ₺
  • £

Daha 3 şirkət Ağdam Sənaye Parkının rezidenti olub

Daha 3 şirkət Ağdam Sənaye Parkının rezidenti olub
16.02.2022 17:23
İqtisadiyyat Nazirliyi daha 3 şirkətə Ağdam Sənaye Parkının rezidenti statusu verib.
 
Parkın rezidentlərinin sayı 5-ə çatıb.
 
Həmin rezidentlər aşağıdakılardır:
 
"Dadaş-N” MMC
 
Müxtəlif çeşiddə sintetik xalçaların istehsalı ilə məşğul olacaq şirkət Parkda 2 ha ərazidə fabrik inşa edəcək. İnvestisiya dəyəri 9,5 milyon manat olan layihə çərçivəsində il ərzində 700 min kvadratmetr xalça istehsalı, 60 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur. Məhsul istehsalında polipropilen, polietilen və poliakril kimi yerli xammaldan istifadə olunacaq. İstehsal prosesində Belçika və Çin texnologiyaları tətbiq ediləcək. İstehsal olunan məhsulların daxili bazarda satılması ilə yanaşı, MDB ölkələrinə ixracı planlaşdırılır.
 
"Veliev” MMC
 
Şirkət "Prefabrik dəmir-beton məmulatları istehsalı” layihəsi həyata keçirəcək. Layihə çərçivəsində körpülərin, sənaye və yaşayış binalarının tikintisi üçün gərginləşdirilmiş dəmir beton dirəklərin, kirişlərin, fermaların, döşəmə panellərinin, üfüqi su novlarının, dəmir beton dirəklərin, müxtəlif növ hasarların, kanalizasiya borularının, səki və divar daşlarının, yaşayış binalarının tikintisi üçün izolyasiyalı panellərin və s. istehsalı nəzərdə tutulur. Dəyəri 2,5 milyon manat təşkil edən layihə çərçivəsində il ərzində 200 min kvardat metr dəmir beton məmulatlarının istehsalı planlaşdırılır. Müəssisədə 80 daimi iş yeri yaradılacaq. Türkiyə və yerli texnologiyalardan istifadə ediləcək müəssisədə istehsal olunan məhsullar ilkin olaraq daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək.
 
"Smartpoint” MMC
 
Şirkət Parkın ərazisində alternativ və bərpaolunan enerji mənbələri ilə (əsasən günəş enerjisi) qidalanan işıq dirəklərinin və digər qurğuların istehsalını təşkil edəcək. Layihənin investisiya dəyəri 9,1 milyon manatdır. Layihə çərçivəsində yaradılacaq müəssisədə Türkiyə və İtaliya texnologiyalarından istifadə ediləcək. Müəssisədə ildə 21 min işıq dirəyi və 40 meqavat gücündə digər qurğuların istehsal olunması nəzərdə tutulur. "Smartpoint” rezidentlər üçün bütün güzəştlərdən (tam infrastruktur təminatı və vergi azadolmaları) faydalanacaq. Parkın 1,3 hektar ərazisində inşa ediləcək müəssisədə 80 daimi iş yeri yaradılacaq. Müəssisənin tikintisinə başlandıqdan sonrakı 6 ay müddətində istismara verilməsi nəzərdə tutulur. İstehsal edilən məhsulların daxili bazarda satılması ilə yanaşı, Gürcüstan, Qazaxıstan və Özbəkistana da ixrac olunması planlaşdırılır.
 
"Ram Beynəlxalq Nəqliyyat və Ticarət” MMC
 
Şirkət "Polimer məhsulların istehsalı” layihəsi həyata keçirəcək. Layihə çərçivəsində müxtəlif çeşidli iri kisələrin və iri həcmli plastik konteynerlərin istehsalı nəzərdə tutulur. Layihənin investisiya dəyəri 10 milyon manatdır. Sənaye Parkının 3 hektar ərazisində inşa ediləcək müəssisədə 500 daimi iş yeri yaradılacaq. Müəssisənin tikintisinə başlandıqdan sonrakı 12 ay müddətində istismara verilməsi nəzərdə tutulur. İstehsal edilən məhsulların daxili bazarda satılması ilə yanaşı, Avropa və MDB ölkələrinə ixrac olunması planlaşdırılır.
 
"Ağ Tekstil” MMC
 
Şirkət "Uniforma, xüsusi və fərdi geyimlərin istehsalı” layihəsi həyata keçirəcək. Layihə çərçivəsində uniforma, xüsusi və fərdi geyimlərin istehsalı nəzərdə tutulur. Layihənin investisiya dəyəri 5,5 milyon manatdır. Parkın 1 hektar ərazisində inşa ediləcək müəssisədə 110 daimi iş yeri yaradılacaq. Müəssisənin tikintisinə başlandıqdan sonrakı 12 ay müddətində istismara verilməsi nəzərdə tutulur. İstehsal olunan məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol