"Konktakt Home" məhkəmədə uduzdu

Bu gün Yasamal Rayon Məhkəməsində hakim Günay Axundovanın sədrliyi ilə baş tutan, ictimai fəal Emin Xəlilovun "Kontakt Home" şirkətinə qarşı qaldırdığı məhkəmə iddiası təmin olunub.
Məhkəmə qərarına görə, Emil Xəlilov "Kontakt Home"un Sumqayıt filialında işə bərpa olunmalı və bu müddət ərzində almadığı maaş ona qaytarılmalıdır.
"Avqustun 6-da üzrlü səbəbdən mağaza rəhbərliyindən icazə almışam. İşim bitdikdən sonra xəbər tutdum ki, bir qrup gənc fəal məişət zəminində qadınların öldürülməsinə qarşı etiraz aksiyası keçirəcək. Mən də aksiyaya qoşuldum. Aksiyadan bir gün sonra isdə dedilər ki, məni işdən azad ediblər, baş ofisə getməliyəm. Orada mənə dedilər ki, polis mənim aksiyadan fotomu göndərib, buna görə də rəhbərlik mənimlə çalışmaq istəmir", - Xəlilov bildirib.
Bundan sonra Xəlilov ötən ilin sentyabrında 'Kontakt Home" məhkəməyə verib.

Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























