Qusarda bir ailənin 5 üzvü dəm qazından boğularaq ölüb - YENİLƏNDİ

Qusarda dəm qazından boğularaq ölən şəxslərin adları məlum olub.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Anews.az-ın sorğusuna cavab olaraq bildirilib ki, fevralın 17-də Qusar şəhəri, H.Əliyev küçəsində yerləşən çoxmənzilli yaşayış binasında mənzillərdən birində 1987-ci il təvəllüdlü Rusif Şıxov, arvadı 1993-cü il təvəllüdlü Əminə Şıxova və onların 3 azyaşlı uşaqlarının ölməsi ilə bağlı məlumat daxil olub.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspetinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib.
Hadisə yeri və meyitlərin ilkin müayinəsi nəticəsində hadisənin dəm qazı səbəbindən baş verməsi ehtimal olunur.
Faktla bağlı Qusar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (Səhlənkarlıq ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda intensiv istintaq tədbirləri davam etdirilir
----
Qusar rayonunda bir ailənin 5 üzvü dəm qazından boğularaq ölüb.
Hadisə şəhər ərazisində qeydə alınıb.
Hazırda hüquq-mühafizə oraqlanlarının əməkdaşları araşdırma aparır, ölənlərin kimliyi müəyyənləşdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu "Report”a faktı təsdiqləyib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























