""Media haqqında" yeni qanun məyusluq doğurur" - ABŞ səfiri

""Media haqqında" yeni qanunun qəbul edilməsi forması məyusluq doğurur. Qanun layihəsi üzərində iş zamanı sənədin təkmilləşdirilməsi məqsədilə bütün maraqlı tərəflərin fikirləri və ekspertlərin təklifləri nəzərə alınmayıb".
Anews.az "amerikaninsesi.org”a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger fevralın 16-da ABŞ-Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyi ilə bağlı təşkil edilən dəyirmi masada bildirib.
"Biz narahatlığımızı açıq-aşkar dilə gətirdik. Çox şey bu qanunun təcrübədə necə tətbiq ediləcəyindən asılı olacaq. Hakimiyyət ondan mətbuat azadlığını məhdudlaşdırmaq üçün istifadə etsə, bu, çox məyus edəcək. Amma hakimiyyət qanundan vəd etdiyi kimi - mətbuatın səviyyəsini və jurnalistlərin peşəkarlığını artırmaq üçün istifadə etsə, başqa məsələ”, - səfir bildirib.
Azərbaycanın Demokratiya Forumuna dəvət edilməməsinə gəlincə səfir Litzenberger deyib ki, iştirakçılar bu və ya digər ölkədə demokratiyanın vəziyyəti nəzərə alınmaqla seçilib.
"Ümid edirik ki, gələcəkdə Azərbaycan da iştirakçılar arasında olacaq, amma bunun üçün əsas azadlıqlar, vətəndaş cəmiyyətinin imkanları, insan hüquqlarına hörmət kimi məsələlərdə müəyyən irəliləyiş olmalıdır", - səfir deyib.
Qanun parlamentdə qəbul edildikdən sonra ABŞ Dövlət Departamenti İlham Əliyevi onu hazırkı formada imzalamamağa çağırıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























