Oğlumu qara maskalılar evinə basqın edərək aparıb - İDDİA - AÇIQLAMA

Bu gün Heydər Əliyev prospektində "TIR" saxlayaraq etiraz edən Rəmiş Cəfərovun saxlanılıb, bu barədə onun atası Zəkiran Cəfərov məlumat verib və bildirib ki, oğlu hazırda 18-ci Polis Bölməsindədir.
"Oğlumu səhər tezdən apardılar. 15 "qara maskalı" gözlənilmədən hasarı aşaraq evə daxil oldu. Qadın-uşaq demədən evə girib oğlumu apardılar. Sonra gəlib evin ətrafındakı kameraları da sökdülər ki, hərəkətlərinin görüntüsü qalmasın. Amma oğlumu aparan maşının nömrəsini gördüm: 90 AR 190. Bu barədə "102 xidməti"nə məlumat versəm də, hələ ki reaksiya yoxdur. Dövlət başçısı İlham Əliyev bir neçə gün əvvəl sahibkarlara dəstəyin vacibliyindən danışmışdı. İndi nə baş verdi ki, bu cür münasibətlər qarşılaşdıq?"
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat katibi Ehsan Zahidov bildirib ki, deyilənlər əsassızdır.
" Onun evinə, ofisinə heç bir "qara maskalı”, naməlum şəxs girməyib. Sürücü Rəmiş Cəfərovun atası Zəkiran Cəfərov minlərlə insanın işə gecikməsinə səbəb olan oğluna bəraət qazandırmaq istəyir. Rəmiş Cəfərov vəkillə təmin olunub, ona hüquqları izah edilib. O saxlanılıb, araşdırma aparılır, araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”, deyə Zahidov qeyd edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























