Manaf Ağayevlə Füzulidə “AA” seriyalı maşını sürən kimdir?

Müğənni Manaf Ağayev Füzuliyə qanunsuz səfərindən yayılan videoda yanında görünən 10-AA-307 dövlət nömrə nişanlı maşın biznesmen Sənan Hüseynova aiddir, bu "Qafqazinfo”nun araşdırması nəticəsində məlum olub
Sənan Nizami oğlu Hüseynov 1983-cü ildə Füzuli rayonunda anadan olub. Onun qardaşı Əliş Hüseynov da iş adamıdır.
Sənan Hüseynov müğənni Manaf Ağayevlə yaxın dostdur.
Müğənni Manaf Ağayev 17 fevralda saxlanılıb. O, işğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olmaqda təqsirli bilinir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov faktı təsdiqləyib. O qeyd edib ki, sosial şəbəkələrdə Manaf Ağayevin icazəsiz olaraq işğaldan azad edilmiş ərazilərə keçməsi ilə bağlı video görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.
Araşdırmalar nəticəsində fakt təsdiqini tapıb. Müəyyən edilib ki, Ağayev işğaldan azad edilən ərazilərə icazəsiz daxil olub. Bununla əlaqədar o saxlanılıb. Hadisəyə hüquqi qiymət veriləcək
www.anews.azAraşdırmalar nəticəsində fakt təsdiqini tapıb. Müəyyən edilib ki, Ağayev işğaldan azad edilən ərazilərə icazəsiz daxil olub. Bununla əlaqədar o saxlanılıb. Hadisəyə hüquqi qiymət veriləcək
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























