Yolu bağlayan TIR sürücüləri bu gün hakim qarşısına çıxarılacaq

Bakıda yolu bağlayan TIR sürücüləri ilə bağlı toplanmış materiallar məhkəməyə göndəriləcək və onlar hakim qarşısına çıxarılacaq.
Sürücülər Rəmiş Cəfərov, Mirələm Məmmədov, Bəxtiyar Məmmədov və Elvin Məlikov polis əməkdaşları tərəfindən saxlanılıb. Həmin fakta bağlı Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət işi başlanılıb.
www.anews.az
Bu barədə Lent.az məlumat əldə edib.
Fevralın 17-i səhər saatlarında "R-GROUP” şirkətinin sürücüləri Heydər Əliyev prospektində yolu bağlayaraq etiraz edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























