• $
  • €
  • ₽
  • ₺
  • £

Bu marşrut xətlərinə yeni avtobuslar buraxılır

Bu marşrut xətlərinə yeni avtobuslar buraxılır
18.02.2022 12:22
Bakıya 49 nömrəli marşrut xətti üzrə istismar etmək üçün 12 ədəd "İsuzu" markalı yeni avtobus gətirilib, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

"Dövlət başçısının tapşırığına uyğun olaraq son illərdə paytaxtın marşrut şəbəkəsində istismarda olan avtobusların 53 %-i yenilənib. İctimai nəqliyyatın tənzimlənməsi və inkişafına dair sistemli tədbirlər, eləcə də nağdsız ödəniş sisteminə keçidlə şərtlənən maliyyə şəffaflığının güclənməsi özəl daşıyıcıların avtobus parkının yenilənməsinə marağını artırır. Bu çərçivədə 12 ədəd "İsuzu" markalı sərnişin avtobusu alınaraq şəhərimizə gətirilib. Sərnişindaşıma tələblərinə tam cavab verən avtobuslar Sabunçu və Bakıxanov qəsəbələrini metronun "28 May” stansiyası ilə əlaqələndirən 49 nömrəli müntəzəm marşrut xətti üzrə istismara veriləcək. Dəyişiklik gündəlik sərnişin səfər sayı 20-25 min olan 49 nörməli marşrut xətti üzrə sərnişindaşımaların keyfiyyətinin əsaslı şəkildə yaxşılaşmasına təsir edəcək.

Yeni nəqliyyat vasitələrinin xəttə buraxılması ilə 49 nömrəli marşrut xəttindəki avtobusların bir qismi 161 nömrəli xətt üzrə sərnişinlərin istifadəsinə veriləcək. Bununla da Suraxanı dairəsi-Hövsan qəsəbəsini əlaqələndirən 161 nömrəli marşrutda son günlər nağdsız ödəniş sistemində müşahidə olunan problemlər aradan qalıdırılacaq.

Son günlər 161 nömrəli marşrut üzrə nağdsız fəaliyyət göstərən bəzi avtobuslarda texniki nasazlıqların yaranması nəzərə alınaraq marşrutun fasiləsiz fəaliyyətinin təmin edilməsi məqsədi ilə müvəqqəti olaraq nağdsız avadanlıqlarla təchiz edilməyən avtobuslar istismar edilib", məlumatda bildirilib. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol