Prezident Anar Nağıyevə vəzifə verdi - SƏRƏNCAM/DOSYE

Anar Rüstəm oğlu Nağıyev Bakı Slavyan Universitetinin rektoru təyin edilib, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Bakı Slavyan Universitetinin keçmiş rektoru Nurlana Əliyeva 2021-ci ilin iyunun 22-də Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə vəzifəsindən azad edilib.
Anar Nağıyev 24.06.2021-ci ildən Bakı Slavyan Universitetinin rektoru səlahiyyətlərini müvəqqəti icra edirdi.
O, BSU-ya rektor əvəzi təyin olunana qədər Təhsil İnstitutunun direktor müavini, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas şöbəsinin müdir müavini vəzifələrində çalışıb.
Nağıyev həmçinin 03.07.2013-ci ildən Azərbaycan Dillər Universitetinin (ADU) Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı vəzifəsini də icra edib. Anar Nağıyev ADU-da baş müəllim, dosent olaraq çalışıb. O, 16 yanvar 2017-ci ildə ADU-nun dekanı vəzifəsindən gedib.
Siyasi elmlər üzrə fəlsəfə doktorudur.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib