• $
  • €
  • ₽
  • ₺
  • £

Bu il 26 uşaq övladlığa verilib

Bu il 26 uşaq övladlığa verilib
18.02.2022 20:01
"Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminə övladlığagötürmə ilə bağlı 2020-ci ildə 157 müraciət, 2021-ci ildə bundan 2,4 dəfə çox olmaqla 378 müraciət daxil olub.  Bu barədə Sosial Xidmətlər Agentliyindən bildirilib.

2022-ci ildə isə Agentlik tərəfindən 26 uşaq övladlığa verilib. Onlardan 16-sı oğlan, 10-u qızdır. Övladlığa verilmiş uşaqlardan 7-si ögey ata (ana) tərəfindən, 10-u isə qohumları tərəfindən övladlığa götürülüb. Bu il əcnəbilər tərəfindən övladlığagötürmə halı olmayıb.

Qeyd edək ki, övladlığaverilmiş uşaqların 17 nəfəri 0-3 yaş, 4 nəfəri 4-11 yaş, 5 nəfəri isə 12-18 yaş arasındadır. Övladlığa uşaq götürmüş şəxslərdən 23-ü ailəli, 3 nəfəri isə subaydır. Eyni zamanda, 2021-ci ilin əvvəlindən valideyn himayəsindən məhrum olmuş uşağa görə aylıq müavinət təsis edilib. Yeni sosial islahat paketi çərçivəsində həmin müavinət də 2022-ci ilin əvvəlindən 25% artırılaraq, övladlığa götürülən valideyn himayəsindən məhrum olmuş uşağa görə 160 manatdan 200 manata, sağlamlıq imkanları məhdud uşağa görə 480 manatdan 600 manata çatdırılıb.

Prezident İlham Əliyevin müvafiq Fərmanı əsasında 1 noyabr 2019-cu ildən etibarən övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Bundan sonra "Valideyn-himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi yaradılmaqla, övladlığagötürmə sahəsində idarəetmə təkmilləşdirilərək, bu sahədə yeni müasir idarəetmə mexanizmi yaradılıb, övladlığagötürmə prosesinin əlçatanlığı, operativliyi və şəffaflığı təmin olunub.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol