• $
  • €
  • ₽
  • ₺
  • £

Məktəblərdə şagirdlərin telefon işlətməsi yasaqlanacaq? - Nazirdən açıqlama

Məktəblərdə şagirdlərin telefon işlətməsi yasaqlanacaq? - Nazirdən açıqlama
18.02.2022 20:18
"Mənə görə biz bu məsələyə texniki baxmamalıyıq. Tam səmimi deyirəm. Məncə, birinci sual olmalıdır ki, bir şagirdin hansısa Azərbaycan dili məktəbinin bir sinifində partanın üstünə çıxması, həqiqətənmi bizim xalqımızın, millətimizin dövlətimizin ən vacib problemidir?”

Bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, əvvəlcə bu sualın cavabına baxmaq lazımdır:

"Əgər bu problem o qədər ciddi deyilsə, deməli, bununla müəyyən formada yaşamağı öyrənməliyik. Bunu yerində məktəb direktoru həmin məktəbin icması, həmin məktəbi idarə edən təhsil şöbəsi səviyyəsində də bunu müzakirə etmək lazımdır.

Bunu gündəmə çevirməyin hansısa formada ağıllı məqsədi varsa, mən onu da müzakirə etməyə hazıram. Sözümün canı ondan ibarətdir ki, indi hamının cibində mobil telefon var, uşaqlar həmişə məktəbdə nadinclik edib.

Bu nöqteyi-nəzərdən şagird nadincliyinin videolentə alınıb, xəbər başlıqlarında yazılmasında yalnız iki şey dəyişir: xəbər başlığına çıxarılması və video çəkilməsi, əvvəl bu baş vermirdi. Amma şagird nadincliyi baş verirdi. Ona görə bizim cəmiyyətimizdə elə də böyük dəyişiklik baş verməyib.

O ki qaldı telefonların yığılmasına, mənə elə gəlir, bu, məktəbin daxilində olan qaydalarla tənzimlənməlidir. Bu, şagirdlərə, müəllimlərə və məktəb direktorlarına inam məsələsidir. Bunu mərkəzləşmiş qaydada tənzimləməyə mən inanmıram və düz də hesab etmirəm. Çünki telefon müəyyən mənada şagirdə lazımdır ki, valideyn onu axtarır, əlaqə vasitəsidir.


Hazırda mərkəzləşmiş qaydada belə bir məsələ müzakirə edilmir. Amma ayrı-ayrı məktəblərdə belə bir qərarın verilmə səlahiyyəti var. İcra edə bilirlərsə, bunu mən mümkün hesab edirəm, niyə də yox”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol