FHN əməkdaşının çayda batması barədə məlumatı təkzib etdi

Bəzi kütləvi informasiya vasitələrində Şəmkir rayonunda, Kür çayının üzərindəki Su Elektrik Stansiyasında sızmanı aradan qaldırmaq üçün qabaqlayıcı tədbirlər görəndə Fövqəladə Hallar Nazirliyinin əməkdaşının çayda boğulması haqqında xəbərlər yer alıb.Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Kəpəz TV”-yə istinadən yayılan bu xəbər həqiqətə uyğun deyil. Məlumatda qeyd olunub ki, çayda batan və cəsədi çıxarılan vətəndaş Fövqəladə Hallar Nazirliyinin əməkdaşı deyil. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























