Bakı və Tehran arasında həftədə iki uçuş təşkil olunacaq

Azərbaycan və İran rəsmilərinin razılaşması əsasında Bakı-Tehran və əks istiqamətdə həftədə iki uçuş təşkil olunacaq.
Bunu İranın Mülki Aviasiya Təşkilatının sözçüsü Mirəkbər Rəzəvi deyib.
M.Rəzəvinin sözlərinə görə, uçuşlar iki ölkənin hava yolları şirkətləri tərəfindən həyata keçiriləcək.
Rəzəvi əlavə edib ki, koronavirus pandemiyası nəticəsində tətbiq olunan məhdudiyyətlərin azalması ilə uçuşların sayının artması gündəmə gətiriləcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























