• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynadakı səfirimiz: “Kim narahatdırsa, ölkədən çıxa bilər”

Ukraynadakı səfirimiz: “Kim narahatdırsa, ölkədən çıxa bilər”
20.02.2022 11:53
 Son günlər dünyanın siyasi gündəmi Ukrayna və Rusiya arasında yaşanan gərginliyə yönəlib. Proseslərin təhlükəli həddə çatdığı məqamda bir çox ölkələr öz vətəndaşlarına Ukraynanı tərk etməyi tapşırıb.

Son məlumatlara görə, 40-a yaxın dövlət Ukraynanı təhlükəli ölkə hesab edərək, vətəndaşlarını dərhal buradan çıxmağa çağırıb. Bu siyahıda Avstraliya, Böyük Britaniya, Latviya, İsrail, Kanada, Yunanıstan, Yeni Zelandiya, Hollandiya, Norveç, ABŞ, həmçinin Finlandiya, Monteneqro, Estoniya, Cənubi Koreya, Yaponiya, Belçika, Almaniya, Litva və digərlərini görmək olar.

Ukrayna ətrafında yaşanan gərginliklər fonunda Azərbaycan vətəndaşlarının bu ölkədən çıxarılması məsələsi sual doğurmaya bilməz. Rusiyanın Ukraynaya mümkün hücum ehtimalı Azərbaycanda da geniş müzakirə mövzusuna çevrilib. Bu mənada bəzi siyasi şərhçilər və ekspertlər hesab edirlər ki, Azərbaycan tərəfi Ukraynaya dəstək məqsədilə öz vətəndaşlarını bu ölkədən geri çağırmamalıdır.

Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova Modern.az-a açıqlamasında soydaşlarımızın Ukraynadan geri çağırılıb-çağırılmaycağı məsələsinə aydınlıq gətirib.

Səfir bildirib ki diplomatik heyətin Ukraynadan çıxarılması ilə bağlı Azərbaycandan onlara təlimat gəlməyib.  

"Biz tam heyətlə iş başındayıq. Cərəyan edən hadisələr tərəfimizdən anbaan izlənilir və Mərkəzə məlumatlar ötürülür. Ukraynadakı 120-dən çox diplomatik nümayəndəlikdən az sayda ölkənin diplomatları ölkəni tərk edib və ya müvəqqəti olaraq Ukraynanın qərb hissəsinə köçürülüb. Böyük hissə, həmçinin Rusiya səfirliyi adi qaydada öz işini davam edir. Hələlik həyəcana ehtiyac duyulmur.

Bizə müraciət edən vətəndaşlarımıza deyirik ki, hava və digər nəqliyyat üçün yollar açıqdır, narahatlıq hissi keçirirlərsə, könüllü olaraq adi qaydada ölkədən çıxa bilərlər. Həmçinin Türkiyə səfirliyindən aldığımız məlumata əsasən qeyd etmək istərdik ki, insanların narahatlığı nəzərə alınaraq, "Türk Hava Yolları” aviaşirkəti Xarkov şəhərindən İstanbula əlavə iki aviareys açıb”, - deyə diplomat vurğulayıb


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol