Samuxda 25 yaşlı gəncin qulağını kəsib, telefona çəkdilər - VİDEO

Samux rayon Kolayır kənd sakini Mirzaman Əliyevin döyülərək müxtəlif bədən xəsarətləri almasının bəzi təfərrüatları məlum olub.
Bildirilir ki, onu tanıdığı şəxslər əvvəlcə Füzuli kəndinin yaxınlığındakı meşəyə apararaq, döyüb, qulağını kəsib və telefona çəkib gediblər. M. Əliyev sürünərək meşəlikdən çıxıb və kənd yaxınlığında sakinlər tərəfindən müəyyən edilərək xəstəxanaya aparılıb.
Zərərçəkən bildirib ki, hadisəni törədən şəxsləri əvvəlcədən tanıyır. O bildirib ki, sözügedən şəxslərlə əvvəllər arasında konflikt olsa da, daha sonra bu məsələrə barışıqla bitib.
DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov daha əvvəl bu barədə açıqlama verib. O bildirib ki, Samux RPŞ-nin əməkdaşları təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirərək vətəndaşa xəsarət yetirən şəxslərin kimliyini müəyyən edib.
Araşdırmalar zamanı məlum olub ki, M. Əliyevi rayonun Füzuli kəndində yerləşən "Şəhidlər bulağının” su krantını qırdığına görə, həmin kəndin sakinləri Rahib Bayramlı, Nərman Qələndərli, Həsrət Qəmbərli və Rüfət Əliyev tərəfindən döyülərək müxtəlif bədən xəsarətləri yetirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























