• $
  • €
  • ₽
  • ₺
  • £

MDB-nin Miqrasiya Orqanları Rəhbərləri Şurasının 26-cı iclası keçirilib

MDB-nin Miqrasiya Orqanları Rəhbərləri Şurasının 26-cı iclası keçirilib
21.02.2022 10:52
Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti virtual qaydada keçirilən MDB-nin Miqrasiya Orqanları Rəhbərləri Şurasının 26-cı iclasında iştirak edib.

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2021-ci il üzrə ölkəmizdə miqrasiya prosesləri və COVİD-19 pandemiyası dövründə bu sahədə görülən işlər barədə məlumat verib. Xidmət rəisi pandemiya dövründə ölkədə miqrasiya idarəçiliyinin çeviklik, şəffaflıq, səmərəlilik və insan hüquq və azadlıqlarının müdafiəsi prinsipləri və aidiyyəti beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınmaqla təşkil edildiyini, ölkə ərazisində əcnəbilərin hüquqlarının müdafiəsi və miqrasiya xidmətlərinin daha da əlçatanlığının təmin edilməsini bildirib. Eyni zamanda, COVID-19-un miqrantlara təsirinin minimuma endirilməsi məqsədilə Azərbaycanın miqrasiya idarəçiliyində həyata keçirilən yeniliklər, miqrantların maksimum rahatlığı, inzibati prosedurların mümkün qədər azaldılması və rəqəmsallaşmanın təşviqi istiqamətində reallaşdırılan tədbirlər haqqında məlumat verib.

Dövlət Miqrasiya Xidmətinin beynəlxalq əlaqələrindən söz açan V.Hüseynov Beynəlxalq Miqrasiya Təşkilatı ilə əməkdaşlıq çərçivəsində uğurla həyata keçirilən "Azərbaycanda miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılmasına dəstək” layihəsi barədə məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb. Xidmət rəisi 2021-ci ildə Azərbaycanın BMT-nin Miqrasiya üzrə Şəbəkəsinin himayəsi altında Miqrasiya üzrə Qlobal Kompaktın həyata keçirilməsi üçün başlanmış "Çempion ölkələr” təşəbbüsü siyahısına daxil edildiyini bildirib. Azərbaycanın "Çempion ölkələr”dəki rolunun müsbət dəyər yaradacağını və regionun digər ölkələri üçün miqrasiyanın idarə edilməsində səmərəli model rolunu oynamasına inandığını vurğulayıb.

Daha sonra Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vahid Qəhrəmanov tədbir iştirakçılarına Dövlət Miqrasiya Xidmətinin miqrasiya sahəsində sənəd dövriyyəsinin rəqəmsal transformasiyası və ölkəmizdə xarici əmək miqrasiyasının tənzimlənmə təcrübəsi barədə məlumat verib.

MDB-nin Miqrasiya Orqanları Rəhbərləri Şurasının 26-cı iclasında gündəlikdə olan məsələlər ətrafında müzakirələr aparılıb.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol