• $
  • €
  • ₽
  • ₺
  • £

"Kuryer" evdən 5 min manat oğurlayıb- FOTO

"Kuryer" evdən 5 min manat oğurlayıb- FOTO
22.02.2022 22:00
Paytaxtın Nizami rayonunda naməlum şəxs mənzillərdən birinə yaxınlaşıb özünü kuryer kimi təqdim edərək ev sahibinə xaricdən sovqat gətirdiyini bildirib.
 
Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, daha sonra həmin şəxs sovqatı təqdim etmək üçün sənəd istəyib.
 
Bu zaman zərərçəkənin sənəd dalınca digər otağa keçməsindən istifadə edən naməlum şəxs mənzilin yataq otağından içərisində 2400 manat, eləcə də qızıl-zinət əşyaları olan pul kisəsini oğurlayıb və hadisə yerindən qaçıb.
 
Oxşar məzmunlu şikayətlə daha bir Nizami rayon sakini polisə müraciət edib. İkinci mənzildə qeydə alınan hadisə zamanı isə həmin şəxs ev yiyəsinin 2500 manatını oğurlayıb. Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı həmin hadisələri törətməkdə şübhəli bilinən, paytaxt sakini əvvəllər dəfələrdə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum edilmiş Azad Məmmədov saxlanılıb.
 
O, ifadəsində törətdiyi hadisələri etiraf edib. Faktlarla bağlı 24-cü Polis Şöbəsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Azad Məmmədov barəsində  məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam edirilir.
Bu şəxsin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi də istisna olunmur.
 
Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in "102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol