"Məktəblilərin qeyri sağlam qidalanması gələcək həyatlarına təhdid yaradır"

Dünya üzrə məktəblilərin 42%-i hər gün qazlı şirin içkilər, 46%-i isə həftədə ən azı bir dəfə fast-food adlanan qeyri-sağlam qidalardan istifadə edir,bunu UNICEF-in Azərbaycandakı nümayəndəliyində Səhiyyət və qidalanma proqramının rəhbəri Töhfə Cəmilova "Məktəblilərin qida bələdçiləri"pilot layihəsinin təqdimat mərasimində çıxışında bildirib.
"Məktəblilərin qidalanmasında müşahidə edilən bəzi problemlər onların sağlamlığına, gələcək həyatlarına ciddi təhdidlər yaradır. Bir çox məktəblilər səhər yeməyini qəbul etmədən məktəbə gedir,çox az həcmdə meyvə,tərəvəz və süd məhsullarından istifadə edir. Dünya üzrə isə yeniyetmələrin 21%-i tərəvəz 34%-i isə meyvə gündə bir dəfədən az istehlak edir. Azərbaycanda da çoxsaylı monitorinqlər,məktəblilər arasında qidalanma sorğuları aparılır və nəticələr göstərir ki, onlar arasında sağlam qidalanma vərdişlərinin aşılanmasına və rasionların dəyişməsinəə dəstək ola biləcək bütün tədbirlərin həyata keçirilməsi olduqca zəruri və təxirəsalınmazdır. Bu öz növbəsində uşaqlar arasında piylənmə və artıq çək,mikronutrient dediyimiz mineral və vitaminlərin çatızmazlığına gətirib çıxarır", deyə Cəmilova deyib.
UNİCEF 27 ildən çoxdur Azərbaycan Höküməti ilə əməkdaşlıq edir.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























