• $
  • €
  • ₽
  • ₺
  • £

Ötən il təmir edilən yollar açıqlanıb

Ötən il təmir edilən yollar açıqlanıb
22.02.2022 13:00
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən 2021-ci il ərzində 728.3 km uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub.
 
Bunu AAYDA-nın İdarə heyətinin sədri Saleh Məmmədov avtomobil yolları işçilərinin peşə bayramı günü ilə bağlı tədbirdə çıxışı zamanı bildirib.
 
Bura respublika əhəmiyyətli 128.4 km, yerli əhəmiyyətli 425  km, Bakı şəhərində yolları 174.9  km yol təmir edilib:
 
"Bunlardan 606.8 km investisiya vəsaiti hesabına, 121.5 km isə "Avtomobil Yolları” Məqsədli Büdcə vəsaiti hesabına yerinə yetirilib.
 
2021-ci il ərzində 10 yeni körpünün (İsmayıllı rayonu ərazisində 4, "Zəfər Yolu üzərində 5, Ağcabədi rayonu ərazisində 1),  Bakı şəhərində Qala-Pirallahı avtomobil yolunun 3,6 kilometrində  uzunluğu 76,7 m olan və Ziya Bünyadov prospektində 9 nömrəli Bakı Peşə Liseyinin qarşısında uzunluğu 90 metr olan yeni yerüstü piyada keçidlərinin  tikintisi başa çatdırılaraq əhalinin istifadəsinə verilib.
 
Həmçinin, 17 kəndlərarası  avtomobil yolları layihəsindən uzunluğu 207,4 km təşkil edən 12 layihənin icrası başa çatıb, tikintisinə ilkin vəsait ayrılmış uzunluğu 167 km təşkil edən 5 layihə üzrə işlər isə davam etdirilib.
 
Bundan başqa Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Şəki, Yevlax, Ucar, Zərdab, Ağcabədi rayonlarında 61,7 km uzunluğunda 10 kənd yolunun yenidənqurulması işləri həyata keçirilib. Yevlax rayonunda – 7,6 km,  Şəki rayonunda – 11,4 km, Ucar rayonunda –6,9  km,  Zərdab rayonunda -  25,6 km və Ağcabədi rayonunda – 10,2 km uzunluğa malik kənd yolu təmir edilib.
 
Şamaxı rayonunda 45,4 km, Naftalan şəhərində 16,9 km uzunluğunda daxili yollarının yenidən qurulması və əsaslı təmiri işləri başa çatdırılıb”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol