• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıya 50 ədəd yeni iritutumlu avtobus gətirildi

Bakıya 50 ədəd yeni iritutumlu avtobus gətirildi
22.02.2022 23:30
Türkiyədən Bakıya 50 ədəd iritutumlu avtobus gətirilb.
 
Bu barədə  Bakı Nəqliyyat Agentliyinəistionadən xəbər verir.
 
Bildirilib ki, dövlət başçısının tapşırığına əsasən, ötən dövrdə paytaxta 1000-dən artıq avtobus gətirilib. Sərnişindaşıma tələblərinə tam cavab verən bu avtobusların 67 %-i CNG (sıxılmış təbii qaz) mühərriklidir.
 
Sərnişindaşımada xidmət keyfiyyətinin artırılmasında özəl daşıyıcı şirkətlər də maraq göstərməkdədir. Belə ki, özəl daşıyıcı şirkətlərdən biri Türkiyənin "OTOKAR Savunma Sanayi A.Ş.”dən müasir emissiya standartlarına tam cavab verən avtobuslar alır. Alınması nəzərdə tutulan 120 ədəd iritutumlu nəqliyyat vasitələrinin 50 ədədi artıq Bakı şəhərinə gətirilib.
 
Müasir ödəniş cihazları quraşdırılan avtobuslar fevralın 23-dən müvafiq müntəzəm marşrut xətləri üzrə sərnişinlərin xidmətinə veriləcək. Yeni avtobusların 2 ədədi 18,7 metr olmaqla, qoşqulu - 4 qapılı nəqliyyat vasitəsidir ki, bu da pik saatlarda sərnişin axınının yüksək olduğu istiqamətlərdə insanların rahat və təhlükəsiz daşınmasında xüsusi rol oynayacaq.
 
"Avtobus parkının yenilənməsi ilə yanaşı, bu şirkətə məxsus yeni istehsalat bazası da istifadəyə verilib. İctimai nəqliyyat infratstrukturun müasirləşdirilməsi baxımından əhəmiyyət kəsb edən bazada eyni vaxtda 200-ə qədər iritutumlu avtobusun park edilməsi mümkündür. Nazirlər Kabinetinin 73 saylı müvafiq qərarı ilə təsdiqlənmiş norma və standartalara cavab verən istehsalat bazasında avtobuslara texniki xidmətin göstərilməsi üçün zəruri şərait yaradılıb", - məlumatda qeyd edilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol