• $
  • €
  • ₽
  • ₺
  • £

Saleh Məmmədov 1 ailənin öldüyü qəzadan danışdı: "Milli faciə deyil..."

Saleh Məmmədov 1 ailənin öldüyü qəzadan danışdı: "Milli faciə deyil..."
22.02.2022 14:16
"2-3 gün əvvəl Bakı-Quba yolunda baş verən faciə mənim özümə də pis təsir edib. Mətbuat işçiləri gündəlik avtomobil yollarında faciələri hesablayıb nəzərə alsalar, görərlər ki, bu da həmin faciələrdən biridir, milli faciə deyil”.
 
Bunu Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov 2021-ci il ərzində görülmüş işlərlə bağlı keçirdiyi mətbuat konfransında bildirib.
 
Bu yolda sürət həddinin nizamlanması üçün yol işarələri var: "Əcəl Allahın işidir, minimal sürətlə gedəndə də faciə baş verə bilər. Hər birinizdən xahiş edirəm, gedin həmin yola baxın. O körpüyə yaxınlaşma yolu olub. 1984-86-cı illərdə ilk dəfə çəkilib və Sumqayıt ərazisindən keçir. 
 
2008-ci ildən yenidən rekonstruksiya olunub. Sumqayıt çayı üzərində sonradan mütəmadi çökmələr olub. Biz bunu nəzərə alaraq tez-tez təmir işləri aparırıq. Orada daralma işarəsi qoyulub və sürət həddi endirilib. Ola bilər sürücü sürət həddinə baxmayıb və faciə baş verib. Amma bu məsələ milli faciə deyil”.
 
Fevralın 17-də Bakı-Quba avtomobil yolunun Sumqayıtdan keçən hissəsində "Mercedes” markalı avtomobil körpüdən aşıb. Qəza nəticəsində bir ailənin 3 üzvü - sürücü 1988-ci il təvəllüdlü Əliyev Seymur Fikrət oğlu, həyat yoldaşı 1999-cu il təvəllüdlü Ələkbərova Fidan Mövsüm qızı və onların övladları 2021-ci il təvəllüdlü Həmzə hadisə yerində ölüb.
 
DYP-nin rəsmi məlumatına görə, qəza yolun nahamar olmasına görə baş verib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol