Qaxda yük maşını məktəblini vurub

Qax rayonunda 1-ci sinif şagirdini yük avtomobili vurub.
Hadisə bu gün günorta saatlarında rayonun Qaxbaş kəndi ərazisində qeydə alınıb.
Rayon sakini, 2015-ci il təvəllüdlü Nihat Sarıyev marşrut avtobusundan düşüb yolu keçərkən hərəkətdə olan "Ford" markalı yük avtomobili onu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan N.Sarıyev Qax Rayonu Mərkəzi Xəstəxanasına yerləşdirilib.
7 yaşlı Nihat Sarıyev Qax şəhər 1 saylı tam orta məktəbin 1-ci sinif şagirdidir.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























