Dövlət Xidməti yenidən “Bolt" haqqında iş qaldırıb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Estoniyanın taksi, yemək çatdırma, karşerinq və mikromobillik təklif edən məşhur şirkəti "Bolt"un Azərbaycandakı törəməsi "Bolt Services AZ” MMC haqqında iş qaldırıb.
www.anews.az
Dövlət Xidməti xəbər verir ki, iş ""Delivery Azerbaijan” MMC-nin ərizəsi əsasında, "Haqsız rəqabət haqqında” qanunun tələblərinin pozulması əlamətləri üzrə qaldırılıb.
İşə fevralın 24-də baxılacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























