• $
  • €
  • ₽
  • ₺
  • £

TƏBİB-də yeni TƏYİNAT

TƏBİB-də yeni TƏYİNAT
22.02.2022 16:23
Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanovun əmri ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna direktor təyin olunub.
 
TƏBİB-dən verilən məlumata görə, İnstitutun direktoru vəzifəsini tanınmış ortoped-travmatoloq Elviz Qasımov icra edəcək.
 
Vüqar Qurbanov yeni direktoru kollektivə təqdim edib.
 
Səhiyyə sahəsininin yeni çağrışlara uyğun inkişafı, tətbiq edilən icbari tibbi sığortaya tibb müəssisələrinin surətli adaptasiyası məqsədilə özəl sektorlarda çalışmış kadrların tabeli xəstəxanalara inteqrasiyası səhiyyə sahəsinə yeni çağın başlanması kimi qiymətləndirilir.
 
Təqdimetmə mərasimində çıxış edən V.Qurbanov Elviz Qasımovun səhiyyə sahəsindəki uzunmüddətli və səmərəli idarəçilik təcrübəsinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun müasir tələblərə uyğun olaraq daha da inkişaf etdirilməsində mühim əhəmiyyət kəsb edəcəyinə əmin olduğunu bildirib.
 
Məlumat üçün qeyd edək ki, Elviz Qasımov Türkiyə Cümhuriyyətinin Hacettepe Universitetinin (Ankara) Tibb fakültəsini (ingiliscə) bitirib. Daha sonra isə, Mərmərə Universiteti Xəstəxanası ( İstanbul) Ortopediya və Travmatologiya Kafedrasında Tibbdə Uzmanlıq təhsili alıb.
 
İxtisasca Ortoped olan E.Qasımov Mərkəzi Klinikanın Ortopediya, Travmatologiya, İdman Həkimliyi və Fizioterapiya şöbəsinin müdiri kimi çalışır. O, Bakı Sağlamlıq Mərkəzində Ortopediya və Travmotologiya şöbəsinin qurulmasında müstəsna rola malikdir və eyni zamanda fəaliyyətini orada davam etdirir. Səmərəli fəaliyyətinə görə, Elviz Qasımov 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə "Əməkdar Həkim” fəxri adına laiq görülüb.
 
Tibb üzrə fəlsəfə doktoru E.Qasımovun nüfuzlu tibb jurnallarında bir çox elmi məqaləsi və müxtəlif elmi işləri dərc edilib.
 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol