• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda bina evində bir sürü it saxlanılır - VİDEO

Bakıda bina evində bir sürü it saxlanılır - VİDEO
02.05.2014 20:21
Paytaxtın mərkəzində mənzilində bir sürü it saxlayan şəxs tapılıb. Bəli, bir sürü, amma bilinmir bu, onlara olan həvəsdən, ya maddi maraqdan irəli gəlir. Elə bu məqam da qonşuları narazı salıb.ANN.Az ANS TV-yə istinadən xəbər verir ki, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 52a ünvanında yaşayan qonşular 50 saylı mənzildə yaşayan qonşunun 20 dənə it saxlamasından şikayətlənirlər. Ən çox şikayət edən isə 3-cü mərtəbədə yaşayan Anar Qəhrəmanovdur.Qonşu deyir ki, evdə pis iydən oturmaq olmur. İti saxlayan qonşunu yalnız bir dəfə görüblər. 17-18 yaşlarında bir oğlan olduğunu dedilər. Oğlanın nənəsilə birlikdə qaldığını deyirlər. Qonşu deyir ki, 5-6 ay olar ki, həmin qonşu sözügedən mənzildə kirayədə qalır. Dəfələrlə həmin mənzilin qapısını döysələr də açan olmayıb. Bina sakini Anar Qəhrəmanovun sözlərinə görə, evdə səsdən, pis iydən oturmaq olmur:“Bizim evdə balaca uşaq var. Hamısı xəstəlikdir, nə qədər müraciət etsək də hələ heç bir köməyi olmayıb”. Mənzil istismar sahəsinin mühəndisi Allahverdi Allahverdiyev evin sahibi Cəmilə Hacıyeva ilə əlaqə saxladığını dedi. Ev sahibi evində yaşayanların bağ evlərində iti olsa da, amma mənzildə yalnız bir neçə gün it saxladığını bildirib. Hər bir halda isə şikayətçilərin şikayətinin təmin olunacağını söylədi. Amma əgər sakin evdə it saxlayarsa, o zaman müəyyən tədbirlərin görüləcəyini dedi.Allahverdi Allahverdiyev dedi ki, gərək bununla bağlı baytarlığa müraciət edək:“İdarədən gəlib yoxlasınlar, görək o itə hansısa dərman vurulubmu? Bunun üçün ona evdə saxlanılması üçün sənəd verilməlidir”. MİS mühəndisi məsələnin tezliklə həll olunacağına və qonşuların şikayətinin təmin olunacağına söz verdi. ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol